11:32 28-03-2020
news_image
145
FUTBOL

"Napoli" rəsmisi koronavirusdan öldü

"Napoli" qadınlardan ibarət komandasının qurucusu Dino Boveni itirib.

Apasport.az saytının məlumatına görə, klub rəsmisi koronavirus pandemiyasından ölüb.

Neapol təmsilçisi italiyalı biznesmenin əvvəldən nəfəs darlığı problemi yaşadığını açıqlayıb. Koronavirusa yoluxması onun vəziyyətini daha da pisləşdirib və nəticədə ölümünə səbəb olub.

Qeyd edək ki, Dino Bove ölkəsində ən hörmətli iş adamlarından biri hesab edilirdi.