13:58 28-03-2020
news_image
118
FUTBOL

"Real" yeni müqavilədən imtina etdi

"Real"ın yarımmüdafiçisi Lukas Vaskes komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu gələn il komandanı tərk edəcək.

"Kral klubu" gələn ilin yayına qədər sözləşməsi olan İspaniya millisinin üzvü ilə yeni müqavilə imzalamaqdan imtina edib. Madrid təmsilçisi yetirməsini hətta yanvarda havayı buraxmağa da razıdır.

Qeyd edək ki, Lukas Vaskes 2015-ci ildən "Real"ın əsas komandasında çıxış edir.