14:47 28-03-2020
news_image
127
FUTBOL

Diskvalifikasiyası başa çatan idmançılar Tokio-2020-yə qatıla biləcək

Dopinq diskvalifikasiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxmalı olan idmançılar cəzası başa çatdıqdan sonra təxirə salınan yarışda iştirak edə biləcəklər.

Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezident Vitold Banka açıqlayıb.

O bildirib ki, cəzalar müəyyən müddəti əhatə edir və konkret turnirlər, onların baş tutub-tutmamasından asılı deyil. Banka arıq narazılıqlara başlayan təmiz idmançıların iradlarını cavablandırıb: “Biz hüquqi cəhətdən cəza müddətini artıra bilmərik. Amma bunun təmiz idmançılar üçün problem yarada bilməsi fikri ilə razıyam”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.