15:19 28-03-2020
news_image
180
FUTBOL

Ukraynalı futbolçunun Azərbaycandan aldığı təklifdən imtinasının SƏBƏBİ

Polşanın "Rux" klubun müdafiəçisi Yuri Romanyukun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. 

Apasport.az saytının məlumatına görə, 22 yaşlı ukraynalı futbolçu son vaxtlar aldığı təkliflər arasında ölkəmizin də olduğunu açıqlayaraq, klubun adını çəkməyib: “2019-cu ilin sonunda mənə Polşaya getmək təklif edildi. Məni maraqlandıran komanda yenicə səviyyəsini artıraraq Polşa yüksək liqasında oynamalı oldu. Moldova "Şerif"indən və Azərbaycandan da təkliflər var idi. Yadımdadır, "Volın"da Ukrayna Premyer Liqasında 20 oyun keçirən kimi "Zalsburq"dan mənimlə əlaqə saxladılar və ora yollanmağı təklif etdilər. Amma onda çox gənc idim və evimdən xaricə o qədər uzağa getmək təklifini nəzərdən keçirmədim. Bu, hazırkı "Zalsburq"dur - güclü komandadır, ancaq həmin vaxt onun haqda heç kim eşitməmişdi" (sport24.az).