15:23 28-03-2020
news_image
85
FUTBOL

“Dünya çempionatının tarixi hamını qane etməyəcək” – assosiasiya prezidenti

2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının tarixi narazılıqlara səbəb ola biləcək.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Atletika Assosiasiyasının (World Athletics) prezidenti Sebastyan Kou açıqlayıb.

O bildirib ki, 2020-ci ildə keçirilməli olan Tokio Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması qurumu çətin vəziyyətdə qoyub: “Bütün idman federasiyaları bəyan ediblər ki, onların təqvimlə bağlı öz fikirləri var. Amma biz hamı tərəfindən dəstəklənən razılıq əldə edə bilməyəcəyik. Dünya çempionatının tarixi hamını qane etməyəcək”.

Qeyd edək ki, ABŞ-ın Yudjin şəhərində keçirilməli olan dünya çempionat öncədən 2021-ci il avqustun 6-15-nə planlaşdırılıb. Turnirin 2022-ci ilə keçiriləcəyi gözlənilir.