16:14 28-03-2020
news_image
196
TOP OYUNLARI

Azərbaycanda 2 legioner qaldı – hamısı qayıdıb

“Azərreyl”in iki əcnəbi voleybolçusu ölkəsinə qayıtmayıb.

Apasport.az saytının məlumatına görə, seneqallı Mbayanq Sek və sloveniyalı Mojka Pene Bakıda qalıblar.

Buna səbəb koronavirus pandemiyasının yayılması ilə əlaqədar xarici ölkələrə uçuşların təxirə salınmasıdır. Kişi və qadınlardan ibarət digər klubların legionerləri öncədən ölkələrinə yollansalar da, Sek və Pene hazırda Azərbaycandadır.

Ancaq “Azərreyl” rəhbərliyi hər iki oyunçuya lazımı şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə dönmələrinə köməklik göstəriləcəyi bildirilib.