20:53 28-03-2020
news_image
89
FUTBOL

Martines ilkin razılıq verdi - transferə

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Argentina millisinin üzvü ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Bir neçə klubun maraq dairəsində olmasına baxmayaraq, 23 yaşlı forvard İspaniya təmsilçisi ilə ilkin razılığa gəlib. Koronavirus pandemiyası ilə bağlı ciddi maliyyə itkisinə baxmayaraq, rəhbərlik bu keçidi mövsümün sonunda həll etməyə çalışır. Həmçinin "İnter"lə də danışıqlar davam edir.

Qeyd edək ki, Lautaro Martines "Real"ın da gündəmindədir.