22:26 28-03-2020
news_image
135
TOKİO-2020

BOK-un prezident seçkiləri təxirə salına bilər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinə seçkilər təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasıdır.

Yunanıstan paytaxtı Afinada keçirilməli olan seçkilər 2021-ci ilin iyununa planlaşdırılıb. Gələn ilə planlaşdırılan Olimpiadanın tarixi dəqiqləşməsə də, böyük ehtimalla seçkilər yarışa son hazırlıqlar dövrü ilə üst-üstə düşür. Belə bir vaxtda qurum başçısının seçilməsi inandırıcı sayılmır.

Qeyd edək ki, BOK-un indiki prezidenti Tomas Bax 2013-cü ildən bu vəzifəni tutur.