00:00 29-03-2020
news_image
3454
FUTBOL

"Qarabağ"ın bəxti açılır - klubundan ayrılır

"Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk gələcəyi ilə bağlı qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

Qış fasiləsində "Çaykur Rizəspor", "Sivasspor", həmçinin "Qarabağ"ın təklifinə "yox" deyən Alper maaşının 40 faiz azaldılmasına baxmayaraq, "sarı-lacivərdlilər"də qalmağı üstün tutmuşdu. Lakin Türkiyə millisinin üzvü bu dəfə fikrini dəyişib. Bu mövsüm əsas komandaya cəlb olunmayan futbolçu mövsümün sonunda təklifləri nəzərdən keçirməyə hazırdır.

Üstəlik, "Fənərbaxça" onunla müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə hazırdır. Bu isə o deməkdir ki, "Qarabağ" mövsüm bitdikdən sonra türkiyəli oyunçunu azad agent kimi heyətə qata bilər. Ancaq onun Türkiyə Superliqasından bir neçə klubun maraq dairəsində olması Azərbaycan çempionunun işini çətinləşdirir.

Qeyd edək ki, Alper Potukun "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.