00:03 29-03-2020
news_image
62
FUTBOL

“İndi futbol əsas deyil” – federasiya prezidenti

“Mövsümü iyunun sonunda başa çatdırmayacağıq. Etiraf etməliyik ki, bu, mümkünsüzdür”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae deyib.

Qurum başçısı UEFA-nın koronavirus pandemiyası üzündən dayanan liqaları iyunun 30-dək başa vurmaq istəyinə münasibət bildirib. Le Qrae qeyd edib ki, Liqa1-də mövsümü bu tarixdə başa vurmaq mümkün olmayacaq: “Biz hər 2-3 gündən bir oynamaq istəmirik. Mümkün olsa, iyulun sonunadək oynayacağıq. Tarix o qədər böyük əhəmiyyət kəsb etmir. Əgər biz çempionatı mayın sonunda və ya iyunun əvvəlində bərpa edə bilsək, iyulun 20-nə yaxın başa vuracağıq. Bu, pis olmazdı. Amma bu yalnız təklifdir. Nə qədər tez başlasaq, bir o qədər erkən təqvimi analiz edə bilərik. Amma indi futbol əsas deyil. Biz lazım olan vaxtı da, pulu da tapacağıq”.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 32 mini keçib.