00:08 29-03-2020
news_image
70
FUTBOL

100 milyonluq təklif hazırlığı - "Bavariya"dan

"Bavariya" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegendən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi 27 yaşlı qolkiper üçün təklifə hazırlaşır.

Mövsümün sonunda Manuel Noyerlə yollarını ayırmağı planlaşdıran Bundesliqa klubu Almaniya millisinin qolkiperinə görə qarşı tərəflə danışığa başlayıb. "Bavariya" ter Ştegeni heyətinə qatmaqdan ötrü "Barselona"ya 100 milyon avro təklif edəcək. Bu keçid reallaşarsa, o, futbol tarixinin ən bahalı qapıçısı olacaq.

Qeyd edək ki, Mark-Andre ter Ştegen "Barselona"ya 2014-cü ildə 12 milyon avro müqabilində Mönhenqladbax "Borussiya"sından keçib.