00:17 29-03-2020
news_image
105
FUTBOL

"Çelsi" istəyimi reallaşdırmadı" - Olivye Jiru

"Çelsi"nin hücumçusu Olivye Jiru mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, fransalı forvard hələ qış fasiləsində London klubunu tərk etmək istəyib.

Bunu 34 yaşlı oyunçu özü açıqlayıb. Fransa millisinin üzvü "İnter"ə keçməyə yaxın olsa da, "Çelsi" buna razılıq verməyib: "Yanvarda "Çelsi"dən ayrılmaq istəyirdim. "İnter" mənim üçün cəlbedici layihə təklif etmişdi. Antonio Konte ilə telefonla danışdım, o məni "İnter"ə dəvət etdi. Lakin "Çelsi" istəyimi reallaşdırmadı, məni buraxmadı".

Qeyd edək ki, Olivye Jirunun "Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.