00:41 28-03-2020
news_image
30
FUTBOL

İtaliyadan təklif - Dieqo Kostaya

"Atletiko"nun hücumçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Roma" ulduz futbolçunun transferində maraqlıdır.

Paytaxt təmsilçisi mövsümün sonunda hücum xəttindəki problemi məhz 32 yaşlı forvardla həll etməyi planlaşdırır. Bu yöndə artıq ilk addım da atılıb. İtalyanlar İspaniya millisinin üzvünün özü və klubu ilə danışıqlara başlayıblar. Kosta eyni zamanda "Napoli"nin də diqqət mərkəzindədir.

Qeyd edək ki, Dieqo Kostanın "Atletiko" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.