12:05 29-03-2020
news_image
83
FUTBOL

Mərkəz müdafiəçisi alır - “Bavariya”

Almaniyanın “Bavariya” klubu yay transfer dövründə müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi İtaliyanın “Latsio” klubunda çıxış edən Luis Felipeni heyətinə qatmaq niyyətindədir.

Bundesliqa təmsilçisi mərkəz müdafiəçisi ilə danışıqları tez həll etməyə çalışır. Çünki braziliyalı arxa xətt oyunçusunu heyətində görmək istəyən başqa klublar da var.

Bunlardan biri də İspaniya “Barselona”sidir. “Latsio” isə futbolçunun illik maaşını 2 milyon avroya qədər yüksəltməklə onu saxlamaqda israrlıdır.

Qeyd edək ki, Felipe cari mövsümün 19 çempionat matçında 1 qol vurub.