13:35 29-03-2020
news_image
182
FUTBOL

Yeni transferinə 4 təklif - "Barselona"nın

"Barselona"nın ötən ay transfer etdiyi Martin Breytvayt klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 18 milyon avroya aldığı 29 yaşlı hücumçunu satmağın əleyhinə deyil.

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkisi ilə üzləşən İspaniya təmsilçisi bir neçə oyunçusunu satmağı planlaşdırır ki, onlar arasında Danimarka millisinin üzvü də var. "Barselona" 18 milyon avroluq təklifə onunla yollarını ayırmağa hazırdır.

"Leqanes"in sabiq oyunçusu ilə artıq 4 klub maraqlanır. "Everton", "Vest Hem", "Torino" və "Sassuolo" qarşı tərəfə bununla bağlı təklif göndərib.