13:54 29-03-2020
news_image
558
FUTBOL

"Səbail" müqaviləsi bitdikdən sonra da buraxmayacaq - Maykl Essyeni

"Səbail"in futbolçusu Maykl Essyen Azərbaycanda qala bilər.

Apasport.az saytının məlumatına görə, müqavilə müddəti mövsümün sonuna qədər olan yarımmüdafiəçi karyerasını başa vurub, məşqçiliyə başlayacaq.

"Səbail" rəhbərliyi isə 38 yaşlı ulduz futbolçunun məşqçi kimi ilk addımlarını məhz bu klubda atmasını istəyir. Bu üzdən Bakı təmsilçisi hazırda U-19 komandasının köməkçi-məşqçisi olan Essyenə baş məşqçilik təklif edib. Tərəflər arasında razılıq əldə edilərsə, Essyen gələn mövsümdən U-19-un baş məşqçisi, həmçinin əsas komandanın köməkçi-məşqçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Maykl Essyen "Səbail"ə ötən il İndoneziya klubu "Persib Bandunq"dan keçib.