15:09 29-03-2020
news_image
1768
FUTBOL

Abdullah Zubir "yox" dedi - fikrini dəyişdi

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu fikrini dəyişib.

"Kayserispor" və "Genqam"dan təklif alan və bir ara Fransaya qayıtmaq barədə düşünən 29 yaşlı hücumameyilli oyunçu artıq Azərbaycanda qalmaq seçiminə üstünlük verib. Mərakeş əsilli futbolçu həmin təklifləri rədd edib və karyeerasını "Qarabağ"da davam etdirmək qərarına gəlib. O, Ağdam təmsilçisi ilə mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyə hazırdır. Ancaq hər şey klubun təklifindən asılı olacaq.

Qeyd edək ki, Abdullah Zubir "Qarabağ"a 2018-ci ilin yayında "Lans"dan keçib.