16:23 29-03-2020
news_image
137
FUTBOL

Azərbaycan Futzal Federasiyasının sabiq prezidenti ölüb

Azərbaycan futzalına ağır itki üz verib. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib. 

Onun ürək tutmasından öldüyü bildirilir. 

A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi. 

Allah rəhmət eləsin!