20:53 29-03-2020
news_image
3531
FUTBOL

"Barselona"da görmək istədiyi futbolçuların adlarını açıqladı - Xavi

"Bir gün mütləq "Barselona"ya qayıdacağam. İndidən buna görə həyacanlıyam".

Apasport.az saytının məlumatına görə, bunu Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes deyib.

Qış fasiləsində Kataloniya klubundan təklif aldığını təsdiqləyən 40 yaşlı mütəxəssis qəbul etməməyini bir neçə səbəblə əsaslandırıb. O, işə sıfırdan başlamaq və bütün qərarları özünün vermək istədiyini söyləyib. "Barsa"da çalışacağı təqdirdə Karles Puyol və Yordi Kroffun da kluba gətirilməsini tələb edəcək Xavi oyunçu heyəti ilə bağlı da düşüncələrini çatdırıb: "Bir işə istədiyim komandanı qurmaq üçün öz ətrafımla başlamağı üstün tuturam. Quracağım komanda hazırda dünyanın ən yaxşı qapıçısı olan ter Stegenlə başlayacaq. Mənə görə Alba dünyanın ən yaxşı cinah müdafiəçisi, Pike mərkəz müdafiəçisi, Buskets isə yarımmüdafiəçisidir. Təbii ki, Messi də dünyanın ən yaxşı oyunçusudur. Əgər onların yanına Suares, Artur və de Yonqu əlavə etsəniz, "Barselona" hələ uzun illər titullar qazana bilər".

İspaniyalı çalışdırıcı PSJ-nin hücumçusu Neymarın da mütləq transfer edilməsinin vacibliyini vurğulayıb: "Neymarı mütləq heyətə qatardım. Bunun klubun baxışlarına uyğun transfer olub-olmadığını bilmirəm, ancaq futbol nöqteyi nəzərdən Neymar möhtəşəm transfer olar. Orta xətt yaxşıdır, amma "Bavariya"dakı kimi cinahlara da ehtiyac var. Sanço və Qnabri olsa bəs edər".