21:37 29-03-2020
news_image
255
FUTBOL

“Real” Valverde üçün “qiymət oxudu” – 500 milyon avro

İspaniyanın “Real” klubu futbolçusu Federiko Valverdeni satacağı qiyməti açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi yarımmüdafiəçini transfer etmək istəyən İngiltərə “Mançester Yunayted”inə “qiymət oxuyub”.

İspaniya klubu futbolçusu üçün 500 milyon avro istəyib. 21 yaşlı uruqvaylı cari mövsümdəki oyunu ilə Mançester təmsilçisinin maraq dairəsinə düşüb.

Qeyd edək ki, La Liqada 14 oyun keçirən futbolçu 2 qol vurub.