21:59 29-03-2020
news_image
121
FUTBOL

Transferə pul xərcləməyəcək - "İnter"

"İnter" mövsümün sonunda transferlərə pul xərcləməyəcək.

Apasport.az saytının məlumatına görə, "neradzurra" bu barədə qərar qəbul edib.

Koronavirus pandemiyasının yayılması səbəbindən oyunların dayandırılması digər klublarla bərabər Milan təmsilçisinə də ciddi maliyyə problemi yaradıb. Rəhbərlik vəziyyətdən çıxış yolu kimi, transferlərə pul xərcləməməyi üstün tutur. Komanda mövsümün sonunda yalnız oyunçu dəyişiklikləri ilə heyətinə yeni futbolçular cəlb edəcək. Baş məşqçi Antonio Konte də bu strategiyanı dəstəkləyib.

Qeyd edək ki, İtaliyanın digər təmsilçisi "Yuventus" da mövsümün sonunda transferlərə pul xərcləmək istəmir.