23:08 29-03-2020
news_image
109
FUTBOL

Maaşları kəsməyəcək - "Real"

"Real" futbolçularının maaşlarını kəsməyəcək.

Apasport.az saytının məlumatına görə, "kral klubu" əzəli rəqibi "Barselona"dan fərqli olaraq, futbolçuların və işçilərin məvacibini tam ödəyəcək.

Madrid təmsilçisi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpa ediləcəyinə və maddi ziyanın bununla az olacağına ümid edir. "Real"da futbolçuların ümumi maaşı 283 milyon avrodur ki, bu "Barselona"dan 144 milyon avro azdır.

Qeyd edək ki, "Real" hazırda La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb.