23:34 29-03-2020
news_image
122
FUTBOL

Ayrılmaq istəyirdi, yeni müqavilə bağladı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu bir neçə təklif almasına baxmayaraq, komandada qalmağı üstün tutub.

Qış fasiləsində "qırmızı şeytanlar"ı tərk etməyi düşünən Matiç ikinci dövrədə aparıcı oyunçuya çevrildiyindən, müqavilədəki 1 illik uzatma bəndinin aktivləşməsinə icazə verib. Nəticədə Serbiya millisinin üzvünün sözləşmə müddəti gələn ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Nemanya Matiç "Mançester Yunayted"ə 2017-ci ildə "Çelsi"dən keçib.