00:23 30-03-2020
news_image
177
FUTBOL

“İnter”in futbolçusu üçün 20 milyon

İtaliyanın “Kalyari” klubu müqavilə ilə “İnter”ə məxsus olan Raca Naynqolanı almaq istəyir.

Apasport.az saytının məlumatına görə, Sardiniya təmsilçisi belçikalı yarımmüdafiəçi üçün tələb olunan 20 milyon avronu ödəməyə razıdır.

Lakin “Kalyari” rəhbərliyi üçün oyunçunun indiki yüksək maaşı narahatçılıq doğurur. “İnter”lə müqaviləyə əsasən, belçikalı ildə 4 milyon avro qazanır. Əgər Naynqolan “Kalyari”də qalmaq istəsə, daha az maaşa oynamağa razılaşmalıdır.
 
Qeyd edək ki, 31 yaşlı futbolçu cari mövsüm icarə əsasında oynadığı “Kalyari”dəki 21 çempionat matçında 5 qol vurub.