11:07 30-03-2020
news_image
184
FUTBOL

Mourinyonun rəmzi "11-liy"i - "Real"dan 2 futbolçu

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo indiyə qədər rəhbərlik etdiyi futbolçulardan ibarət "11-lik" müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis "Çelsi"nin oyunçularına üstünlük verib.

O, Çempionlar Liqasını qazandırdığı "Portu" və "İnter"dən bir futbolçunu fərqləndirib. "Real"ın isə 2 üzvünə siyahıda yer verib.

Mourinyonun "11-liy"i: Petr Çex, Xavyer Zanetti, Con Terri, Rikardo Karvalyo, Vilyam Qallas, Klod Makelele, Frenk Lempard, Məsut Özil, Eden Azar, Didye Droqba, Kriştianu Ronaldo.