19:12 30-03-2020
news_image
102
FUTBOL

A seriyasının prezidentindən nazirə cavab

İtaliya A seriyasının prezidenti Paolo dal Pino ölkənin idman naziri Vinçentso Spadaforanın sərt tənqidini cavablandırıb.

Apasport.az saytının məlumatına görə, çempionata cavabdeh olan dal Pino nazirin koronavirus pandemiyası ilə bağlı yaranmış ağır durumdan təsirləndiyini düşünür.

O bildirib ki, A seriyası İtaliya üçün önəmli idman yarışıdır: "A seriyasının İtaliya futboluna və idmanına töhfəsi danılmazdır. Hər dəfə bunu deməyə ehtiyac yoxdur. Ölkəmizdə 32 milyon insan futbolu izləyir. Ölkənin ümumi gəlirinin 1 faizi A seriyasının payına düşür. Nazirimizin bu cür sərt açıqlamasını yaşadığımız ağır dönəmin psixoloji təsiri ilə bağlamaq istəyirik. Ümid edirik ki, ölkəmiz və bütün dünya bu çətin durumdan tezliklə çıxacaq".

Qeyd edək ki, idman naziri Vinçentso Spadafora çempionatların bərpasının mayın 3-də baş tutmayacağını bildirib, A seriyası komandalarının oyunları dayandırmalı olduqları vaxtda səhvə yol verdiklərini vurğulayıb.