21:31 30-03-2020
news_image
1452
FUTBOL

Ramil Şeydayevin sabiq klubu dağılır - RƏSMİ

"Jilina" klubu fəaliyyətini dayandırır.

Apasport.az xəbər verir ki, bu barədə Slovakiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yüksək liqa klubu aprel ayının 1-dən etibarən fəaliyyət göstərməyəcək. Komandanın dağılmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilib. "Jilina" Slovakiya çempionatında 22 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə 6 ay "Jilina"nın formasını geyinib.