00:00 31-03-2020
news_image
155
FUTBOL

"Neymar əvəzedilməz deyil" - Braziliya millisinin baş məşqçisi

Braziliya millisinin baş məşqçisi Tite komandanın aparıcı futbolçularından olan Neymar haqda danışıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis PSJ-nin forvardının kollektivə xüsusi güc qatdığını bildirib.

Titenin fikrincə, Neymar sağlam olduğu zaman Braziliya millisi daha güclü çıxış edir: "Neymar komanda oyununa gözlənilməzlik gətirir. Digər oyunçuların gücündən kənar fərdi və kollektiv həll yolları təklif edir. Sağlam bir oyunçudan bəhs ediriksə, komandanın potensialına mütləq təsir göstərir. Neymar çox vacib futbolçudur, amma əvəzedilməz deyil".

Qeyd edək ki, Braziliya millisinin heyətində 102 oyun keçirən Neymar 61 qola imza atıb.