00:05 31-03-2020
news_image
175
FUTBOL

8 aydan sonra sağaldı - "Real"ın futbolçusu

"Real"ın yarımmüdafiəçisi Marko Asensio zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun əməliyyatdan sonra sağlamlığı bərpa olunub.

Asensio hazırda evində yüngül məşqlər etməklə məşğuldur. Koronavirus pandemiyası ilə bağlı yaranmış fasilə bitdikdən sonra futbolçu kollektivə qoşulacaq.

Qeyd edək ki, İspaniya millisinin üzvü sol diz çarpaz bağlarındakı zədə səbəbindən 8 aydır yaşıl meydanlardan uzaq qalıb.