00:12 31-03-2020
news_image
233
FUTBOL

“Onu qaytarın” – Kike Setyen

İspaniyanın “Barselona” klubu “Betis”ə icarəyə verdiyi Karles Alenyanı qaytarmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, bunu klub rəhbərliyindən baş məşqçi Kike Setyen istəyib.

O, yarımmüdafiəçinin yay fasiləsində geri qayıtmasını və növbəti mövsüm komandaya kömək etməsi tələbini irəli sürüb. Yanvardan “Betis”də çıxış edən 22 yaşlı futbolçu yeni komandasında da özünü yaxşı tərəfdən göstərib. Bu üzdən Sevilya təmsilçisi də onu daha bir il heyətində saxlamaqda israrlıdır.

Qeyd edək ki, Alenya “Betis”də 8 oyun keçirib.