09:53 31-03-2020
news_image
103
FUTBOL

"Məni "Səbail"ə Essyen dəvət edib" - Hendrik Ekşteyn

"Hər kəsin sevimli futbolçuları ilə birlikdə oynamaq xəyalı olur".

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in yarımmüdafiəçisi Hendrik Ekşteyn deyib.

Ölkəsi Cənubi Afrika Respublikasının mətbuatına açıqlama verən 29 yaşlı pleymeyker bu ilin əvvəlində paytaxt klubuna keçidinin səbəbkarı kimi qanalı yarımmüdafiəçi Maykl Essyeni göstərib: "Mənə zəng edib "Səbail"də oynamağımı istəyən şəxs Maykl Essyen idi. Çox təəccübləndim, Essyendən zəng gəldiyi üçün də qürurlandım. Bu, mənim üçün çox şey demək idi və işimin nəzərə alındığını göstərirdi. O, ən böyük klublarda oynayıb, bir çox böyük kuboklar qazanıb. İndi onunla bir komandada oynayıram, məşq edirəm. Əlimdən gələni etməyim üçün həmişə təkan verir. Daim mənimlə danışır, harada oyunumu yaxşılaşdıracağım barədə məsləhət verir. Onun kimi futbolçudan məsləhət aldığım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"ə "Sabah"dan keçib.