
12:17
Ermənistanlı şahmatçı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili vəfat edib.
Apasport.az saytının məlumatına görə, bunu Dünya Kubokunun ikiqat qalibi tvitter səhifəsində yazıb.
Avstraliya vətəndaşı olan filippinli Ariana martın 15-də düşdüyü avtomobil qəzasından sonra yarım ay Yerevandakı xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Beynəlxalq dərəcəli idman ustası olan avstraliyalı 7 Şahmat Olimpiadasının iştirakçısı olub.
2006-cı ildən görüşən cütlük 2017-ci ildə evlənib. Həmin ildən Kaoili Ermənistan baş nazirinin ictimai məsələlər üzrə məsləhətçisi olub.