12:00 31-03-2020
news_image
223
FUTBOL

“Bohum” yığmamızın futbolçusu ilə bağlı qərarını verməyə tələsmir

21 yaşadək futbolçulardan Azərbaycan millisinin üzvü Barış Ekincierin taleyinə hələ də aydınlıq gəlməyib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin yalnız Almaniyaya qayıdacağı dəqiqdir.

Hazırda Avstriyanın 2-ci liqa klubu "Austriya Klaqenfurt"da icarə əsasında çıxış edən sol cinah oyunçusu mövsümün sonunda komandanı tərk edəcək. 

Müqavilə ilə "Bohum"a məxsus olan 21 yaşlı futbolçunun burada qalıb-qalmayacağı da bəlli deyil. Onun xidmətində hazırda III Bundesliqa təmsilçisi "Hanza" maraqlıdır. Rostoklular Barışı birillik icarəyə götürmək niyyətindədirlər və bununla bağlı təklif də göndəriblər. Lakin II Bundesliqada çıxış edən "Bohum" təklifi cavablandırmağa tələsmir. Yalnız mövsüm bərpa edildikdən sonra yığmamızın üzvünün durumuna aydınlıq gələcək.

Qeyd edək ki, Barış Ekincierin "Bohum"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.