15:16 31-03-2020
news_image
218
FUTBOL

Dadaşovun rəqibinə qiymət oxundu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Vulverhempton" aparıcı futbolçusunu satmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, əsas komandanın qol silahı olan Raul Ximenes mövsümün sonunda başqa kluba keçə bilər.

"Arsenal" və "Mançester Yunayted"in maraq dairəsində olan 29 yaşlı forvardın transfer məbləği də artıq müəyyənləşib. "Vulverhempton" Meksika millisinin üzvünü yalnız 80 milyon funt-sterlinq müqabilində sata biləcəyini vurğulayıb. "Vulverhempton"un digər ön xətt oyunçusu Dioqo Yotanın da başqa klubların maraq dairəsində olması Dadaşovun əsas komandaya yolunu aça bilər.

Qeyd edək ki, Raul Ximenesin "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.