15:59 31-03-2020
news_image
184
DİGƏR NÖVLƏR

“Yaranmış vəziyyət planlarımızı dəyişdi” – Ramil Quliyev

"Koronavirus səbəbindən hazırlıqlarımızı evdən davam etdiririk".

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu koronavirus pandemiyasının yaratdığı problem səbəbindən məşqlərini evdə keçdiklərini söyləyib. 30 yaşlı idmançı bu fasilənin onun üçün xeyirli olacağını düşünür: "Əsas tədbir digər insanlarla mümkün qədər az təmas qurmaqdır. Ehtiyac yaranmadıqda çölə çıxmırıq. Düzdür, yaranmış vəziyyət planlarımızı dəyişdi. Ancaq digər tərəfdən müsbət təsir edə bilər. Çünki 12 ildir ki, fasiləsiz məşqlər edirəm, hər il yarışlara qatılıram. Bu il isə həm fiziki, həm də psixoloji cəhətdən dincəlmiş olacağam".

Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə keçirilməsinə də münasibət bildirib. Onun fikrincə, bunun elə böyük təsiri olmayacaq: "İdmançı həyatı çox uzun sürmür. Bu baxımdan inanmıram ki, bir il ərzində ciddi dəyişiklik olsun. Bu üzdən daha böyük motivasiya ilə mövsümə başlayacağıq və Olimpiadaya yüksək enerji ilə hazırlaşacağıq".