00:03 01-04-2020
news_image
192
FUTBOL

“Lester” 30 milyon avro ödəməyə hazırdır - Koutinyo üçün

Almaniyanın “Bavariya” klubunun futbolçusu Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Lester” braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

“Tülkülər” Koutinyonun müqavilə ilə məxsus olduğu İspaniya “Barselona”sı ilə danışıqlara başlamaq fikrindədir. İngiltərə klubun Filippenin icarəsi üçün 30 milyon avro ödəməyə hazırdır. “Liverpul”da çalışdığı vaxtdan futbolçunun bacarığına bələd olan Brendan Rocers onu rəhbərlik etdiyi komandada görmək istəyir.

Qeyd edək ki, icarə əsasında “Bavariya”da oynayan Koutinyo cari mövsüm bütün turnirlərdə keçirdiyi 32  matçda 9 qol vurub.