00:07 01-04-2020
news_image
121
FUTBOL

“Mançester Yunayted”in arzusu - De Liqt

İngiltərənin “Mançester Yunayted” klubu niderlandlı futbolçu Mateys de Liqti transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bir il əvvəl heyətinə qata bilmədiyi oyunçunu İtaliya “Yuventus”undan almaq qərarına gəlib.

Mançesterlilərin baş məşqçisi Ole-Qunnar Sulşer mərkəz müdafiəçisini yay fasiləsində transfer etmək fikrindədir. 20 yaşlı niderlandlının keçidi reallaşmasa, ingiltərəlilər digər İtaliya klubu “Napoli”də çıxış edən Kaludu Kulibalinin transferini gerçəkləşdirməyə çalışacaq.

Qeyd edək ki, bir il əvvəl futbolçunun almağa yaxın olan “Mançester Yunayted” sonradan fikrindən daşınmışdı.