00:23 01-04-2020
news_image
159
FUTBOL

"Atletiko" ilə anlaşmadı - Kavani

PSJ-nin hücumçusu Edinson Kavaninin "Atletiko"ya keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Uruqvay millisinin üzvü ilə ortaq məxrəcə gələ bilməyib.

La Liqa klubunun təklifi ilə 33 yaşlı forvardın tələbləri üst-üstə düşmədiyindən, tərəflər danışığı dayandırmaq qərarına gəliblər. Xüsusən də, müqavilənin müddəti ilə bağlı fikir ayrılığı yaranıb. Hazırda Kavaninin xidmətində maraqlı olan yeganə komanda "Boka Xuniors"dur.

Qeyd edək ki, Edinson Kavaninin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.