00:45 01-04-2020
news_image
118
FUTBOL

Koronavirusdan öldü - sabiq klub prezidenti

Fransanın "Marsel" klubunun sabiq prezidenti Pape Diuf ölüb.

Apasport.az saytının məlumatına görə, keçmiş futbol funksioneri koronavirus xəstəliyindən vəfat edib.

Səhhətində bir müddət idi problemi olan 68 yaşlı Diuf koronavirus pandemiyasına yoluxduqdan sonra Seneqalın paytaxtı Dakarda həkim nəzarətində idi. Lakin bir neçə gündür aparatlara bağlı şəkildə nəfəs alan futbol adamı bu gün vəfat edib.

Qeyd edək ki, Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib.