14:59 01-04-2020
news_image
1101
FUTBOL

Gerye "Neftçi"dən ayrıla bilər – elçi var

"Neftçi"nin müdafiəçisi Vild-Donald Gerye komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçunun karyerasını Yunanıstanda davam etdirmək variantı yaranıb.

Adıçəkilən ölkənin "Aris" Haiti millisinin üzvünün xidmətində maraqlıdır. Saloniki təmsilçisi mövsümün sonunda müdafiənin sol cinahını məhz Gerye ilə gücləndirmək niyyətindədir. Avropa ölkələrində futbol bərpa olunduqdan sonra yunanlar bu transferlə bağlı fəaliyyətə başlayacaq. "Aris" rəhbərliyi həm Geryeni, həm də "Neftçi"ni bu keçidə razı salmağa çalışacaq. Çünki onun Bakı klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Gerye qış fasiləsində Polşanın 3 klubundan təklif alsa da, imtina etmişdi.