21:32 01-04-2020
news_image
184
FUTBOL

Daha bir güzəşt - UEFA-dan

UEFA klubların lisenziyalaşdırma prosesinin müddətini uzadacaq.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, prosesin bitmə tarixi  avrokuboklarda yerlərin bölünməsi qaydası təsdiqlənənə qədər artırılacaq: “İcraiyyə Komitəsi növbəti dəfə klubların lisenziyalaşdırma prinsiplərinə və maliyyə feyr-pleyinə sadiqliyini qeyd edib. Amma razılaşıb ki, indiki istisna şərtlər milli assosiasiyalar və onların fəaliyyətinə kömək üçün xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir. Yaşanan fövqəladə hadisələr səbəbindən artan qeyri-müəyyənliyə görə İcraiyyə Komitəsi klubların hazırlıq və gələcək maliyyə göstəricilərinin qiymətləndirilməsi ilə bağlı olan lisenziyalaşdırma xətti üzrə əsasnamənin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar istisna olaraq komandaların UEFA-nın 2020/21 mövsümündə klub turnirində iştiraka şamil olunur”.

Qeyd edək ki, avrokubokların keçirilməsi martın 13-dən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasında 1/8 final başa çatdırılmayıb.