00:23 02-04-2020
news_image
2272
DÖYÜŞ NÖVLƏRİ

“Həbib bir döyüşə görə dünyanı uçmalı və həyatı ilə risk etməlidir?” – Nurməhəmmədov

“Evdə karantində oturmuşam və insanların mənim döyüşümlə bağlı vəziyyətə reaksiyasını oxuyuram”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədova məxsusdur.

Yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu olan rusiyalı idmançı ABŞ təmsilçisi Toni Ferqyusonla döyüşünün 5-ci dəfə də ləğv olunması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı vaxtda bu döyüşün baş tutmamasını da təbii qarşılaşmaq lazımdır: “Belə çıxır ki, bütün dünya karantində olmalıdır. Bütün ölkələrin hökumətləri və dünyanın məşhur insanları xəstəliyin yayılmaması üçün hamını təhlükəsizliyə riayət etməyə çağırır. Həbib isə bütün öhdəliklərdən azaddır və bir döyüşə görə əzminin gücünü nümayiş etdirərək məşq etməli, bütün dünyanı uçmalı və həyatı ilə risk etməlidir? Hər şeyi başa düşürəm və döyüşün ləğvinə sizdən az üzülmürəm. Yəqin ki, mənim də döyüşdən sonra ilə bağlı çox planlarım var idi. Lakin mən bütün bunlara nəzarət etmək gücündə deyiləm. Dövrümüzün nəhəng ölkələri və böyük şirkətlər baş verənlərdən şokdadır. Hər gün vəziyyət gözlənilməz qədər dəyişir. Belə çıxır ki, Həbib istənilən halda döyüşməlidir? Özünüzü qoruyun və mənim yerinə qoyun”.

Qeyd edək ki, Nurməhəmmədovla Ferqyusonun döyüşü aprelin 18-də keçirilməli idi. UFC249 çərçivəsindəki qarşılaşma rusiyalının karantin səbəbindən ABŞ-a uça bilməməsi üzündən ləğv edilib.