00:31 02-04-2020
news_image
116
FUTBOL

"Bavariya" anlaşdı - müqaviləsi yenilənir

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerlə bağlı yekun qərar verilib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi ulduz futbolçunu saxlamağı məqsədəuyğun bilib.

Bir müddət əvvəl mövsümün sonunda ayrılacağı istisna edilməyən Almaniya millisinin üzvü indi yeni müqavilə məsələsində rəhbərliklə ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, 31 yaşlı ön xətt oyunçusu gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadacaq. Mövsüm bərpa edildikdən sonra yeni sözləşmə rəsmən imzalanacaq.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandanın formasını geyinir.