10:35 02-04-2020
news_image
267
FUTBOL

İbrahimoviçi Ronaldo və Messidən güclü sayır - Araz Abdullayev

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev sosial şəbəkə vasitəsilə azarkeşlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən digər futbolçular kimi, evdə qalan Azərbaycan millisinin üzvü görüntülü bağlantı qurub.

Onun bəzi maraqlı suallara özünəməxsus şəkildə cavab verməsi diqqət çəkib. 28 yaşlı hücumameyilli futbolçunun "Messi, yoxsa Ronaldo" sualına cavabı "Zlatan İbrahimoviç" olub. Ardınca azarkeş "bəs İbra güclüdür, yoxsa Mahir" sualını ünvanlayıb. Bir qədər düşünən oyunçu "çətin sualdır" deyib.

Abdullayev ölkə xaricindən hələlik heç bir rəsmi təklif almadığını da vurğulayıb.