11:49 02-04-2020
news_image
117
FUTBOL

“Supermarketə gedirəm, uşaqla oynayıram” - Miyuşko Boyoviç

"Hazırki durumu hamımız yaxşı anlayırıq. Günü ailəmlə birlikdə keçirirəm. Düzdür, gündə bir dəfə supermarketə gedirəm. Qalan vaxtı evdə oluram, uşaqla oynayıram, fərdi məşq edirəm".

Bunu apasport.az saytına "Keşlə"nin futbolçusu Miyuşko Boyoviç deyib.

Paytaxt təmsilçisinin aparıcı üzvü koronavirus pandemiyası barədə danışıb. Monteneqrolu hazırki duruma görə panikaya düşmədiyini, sadəcə olaraq Nazirlə Kabinetinin qərarına, həkimlərin tövsiyələrinə riayət etdiyini bildirib: "Panikaya düşən deyiləm. Bu dəfə də istisna olmadı. Sadəcə tövsiyələrə və qərarlara qulaq asıram, riayət edirəm. Həm ailəmi, həm də yaxınlarımı qorumağa çalışıram. Ümid edirəm ki, hər şey qaydasına düşəcək və biz istədiyimiz əvvəlki həyata dönəcəyik. Amma indiki dövrdə hamımız ehtiyatlı olmalıyıq".