14:01 02-04-2020
news_image
159
FUTBOL

Luka Modriçin durumu müəyyənləşdi

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu mövsümün sonunda "kral klubu"nu tərk etməyəcək.

İspaniya təmsilçisi müqavilə müddətinin sonuna qədər 34 yaşlı oyunçunu saxlamaq qərarına gəlib. Həmçinin Modriç özü də "İnter"dən təklif almasına baxmayaraq, "Real"da qalmaq barədə razılaşıb.

Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti gələn ilin yayına qədərdir.