15:24 02-04-2020
news_image
145
FUTBOL

“Böyük beşlik”də ən faydalı oyunçular açıqlandı

“Böyük beşlik” liqalarının ən faydalı futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə, İspaniya, İtaliya, Fransa və Almaniyanın ən effektli oyunçularını müəyyənləşin.

Reytinq siyahısı tərtib olunarkən futbolçuların göstəriciləri, fərdi və komanda fəaliyyəti nəzərə alınıb. Argentinalı Lionel Messi (“Barselona”) və portuqaliyalı Kriştianu Ronaldo (“Yuventus”) ilk “onluq”dan kənar qalıb. Sonuncu 86,9 xalla 27-ci, cənubi amerikalı 83,4 xalla 52-cidir.

1. Cordan Henderson (“Liverpul”) – 93,0
2. Presnel Kimpembe (PSJ) – 91,1
3. Tyaqo Alkantara (“Bavariya”) – 91,0
4. Ceydon Sanço (“Borussiya” D) – 90,7
5. Cerom Boatenq (“Bavariya”) – 90,3
6. Marko Verratti (PSJ) – 90,3
7. Mussa Diabi (“Bayer”) – 90,2
8. Yosip İliçiç (“Atalanta”) – 90,1
9. Lukaş Pişek (“Borussiya” D) – 90,0
10. Anxel Di Mariya (PSJ) – 89,9