15:48 02-04-2020
news_image
254
FUTBOL

Avrokubokların “Dördlər finalı” böyüdülür

Koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü başa çatdırmağa çalışan UEFA-nın müzakirə etdiyi variantlardan biri də məlum olub.

Apasport.az saytının məlumatına görə, qurum Çempionlar Liqasının və Avropa Liqasının həlledici mərhələlərini eyni şəhərdə təşkil etməyi götür-qoy edir.

Qurum artıq əvvəllər də nəzərdən keçirilən “Dördlər finalı”nın daha da böyüdülməsi müzakirə edir. Söhbət təkcə yarımfinal və finalın deyil, 1/4 finalın da eyni şəhərdə təşkilindən gedir. Belə olarsa, son üç mərhələnin qarşılaşmaları qısa zaman kəsiyində baş tutacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında final İstanbulda (Türkiyə), Avropa Liqasında isə Qdanskda (Polşa) keçirilməlidir.