22:52 02-04-2020
news_image

“Mən koronavirus deyiləm” – Həbib Nurməhəmmədov

“Dünyada dəlilik yaşanır. Mən ABŞ-da 40 gün məşq etdim. Biz orda səylə çalışırdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov öz instaqram səhifəsində yazıb.

Rusiyalı idmançı UFC249 çərçivəsində ABŞ təmsilçisi Tonu Ferqyusonla döyüşünün təxirə salınması ilə bağlı növbəti paylaşımını edib. Həbib onu döyüşməkdən boyun qaçırmaqda ittiham edənlərə cavab verib: “Sonra döyüşün Abu-Dabiyə keçirilməsi barədə xəbər yayıldı və mən ora yollandım. Sərhədlər hər yerdə bağlanır. Ardınca Dağıstana getdim və hazırlıqları orda davam etdirdim. Mən Həbibəm, koronavirus deyiləm. Tonidə də vəziyyət eynidir, mənimkindən heç nə ilə fərqlənmir. Bütün turnirlər ləğv edib, amma bizim döyüşü saxladılar. İndi hamı evdə oturub və bizim döyüşün də baş tutmayacağını eşidənlər günahkarı axtarırlar. Əsas bu deyil. Vacib olan odur ki, minlərlə insan ölür. Bütün ölkələr sərhədləri bağlayırlar, heç hara getmək olmur”.

Qeyd edək ki, Nurməhəmmədovla Ferqyuson arasında təxirə salınan 5-ci döyüş aprelin 18-nə planlaşdırılmışdı.