23:07 02-04-2020
news_image
167
DİGƏR NÖVLƏR

500 milyon funt-sterlinq ziyan – koronavirus səbəbindən

Koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınan idman yarışları ciddi maliyyə itkilərinə yol açıb.

Apasport.az saytının məlumatına görə, ləğv edilən tədbirlərdən biri də böyük nüfuza malik "Grand National" at yarışıdır.

Yarış ilk ilindən etibarən daha çox qadınların gözəl geyim mübarizəsi ilə diqqət çəkir. 1945-ci ildən hər il İngiltərənin Liverpul şəhərində təşkil olunan 3 günlük yarış bu il koronavirus infeksiyası səbəbindən baş tutmayıb. Ən böyük at yarışlarından biri hesab edilən "Grand National" dünyanın hər yerindən izlənilir. Builki turnirin keçirilməməsi otel sifarişlərinin ləğvinə səbəb olub.

Eyni zamanda, teleyayım və bilet satışlarının da olmaması təşkilatçılara, çaparlara, şəhərə ümumilikdə 500 milyon funt-sterlinqlik ziyan vurub.